Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ölkəyə işıqlı gələcək, Elmara isə «günəşin altında yer» vəd edirdilər»

Ölkəyə işıqlı gələcək, Elmara isə «günəşin altında yer» vəd edirdilər»AEC63990-3C02-48ED-BD81-FDF1663D31DD_w987_s_s

«Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yalnış olması barədə xəbərdarlıq edirdi»

«Elmar Hüseynovu qətlə yetirənlər cəzasız qalmayacaq. Biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq».

Bunu iyulun 17-də «Qanun» nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlumərhum jurnalist Elmar Hüseynovun məzarı başında söyləyib.

İyulun 17-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün Elmarın 49 yaşı olur.

«Strateji düşüncə» Mərkəzinin rəhbəri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsini qeyd edib. O, Türkiyədəki vəziyyətlə paralellər gətirərək vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik institutların müdafiəsində və hərbi qiyamın baş tutmamasında həlledici rol oynayır.

İ.Qəmbər Azərbaycan hakimiyyətini medianın durumuyla bağlı yenidən düşünməyə, mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.

«Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyətin azad olacağı və cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil». Bunu isə çıxışında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir