Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Yerevanda atışma: 4 polis yaralanıb Yenilənir

yerevan usyan

Ermənistan polisinin rəisi müavini Samvel Ovannisyan və Yerevanın polis rəisi Aşot Karapetyan silahlı şəxslərin tutduğu binanın yaxınlığında dörd polisin yaralandığını bildiriblər. Lakin onlar bunun binaya hücum zamanı baş vermədiyini də qeyd ediblər.

Ermənistan Daxili İşlər Nazirliyi polis idarəsini zəbt edənlərə qarşı hücum xəbərini təkzib edib. Polis rəisinin müavini Samvel Ovannisyan qeyd edib ki, atışma səsləri fişəng olub və heç kim zərər çəkməyib. DİN nümayəndəsi atəşin toqquşma nəticəsində baş verdiyini də təkzib edib. Bununla belə o atəşin zəbt edilən bina tərəfindən atldığını da etiraf edib.

Binanı zəbt edənlərlə əlaqə saxlayan müxalifətdən olan deputat Nikol Paşinyan bildirib ki, atəş polisin dinc aksiyaçılara qarşı güc tətbiqinə etiraz olaraq açılıb.

“Təsis Parlamenti” hərəkatının üzvlərinin verdiyi məlumata görə, binada olan Varuşan Avetisyan onlara qarşı hücumun olmadığını və polis kordonu yanında toplaşan insanlara dəstək vermək üçün havaya atəş açıblar.

***

Ermənistanın paytaxtı Yerevanda xüsusi təyinatlılar artıq üç gündür qiyamçılar tərəfindən ələ keçirilmiş polis şöbəsinə hücum keçməyə hazırlaşır.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub, artıq güllə səsləri eşidilir.

Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın və hüquq-mühafizə orqanlarının ünvanına söyüşlər söyür və polis səddini yarmağa çalışır.

***

Yerevanda polis binasının zəbt edilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə iyulun 19-da AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Amma milli təhlükəsizlik xidməti cinayət işinin məhz hansı maaddələr üzrə açılması ilə bağlı radionun sualını cavablandırmayıb.

“Təsis Parlamenti” adlı hərəkatın binanı zəbt eləmiş silahlı üzvləri, bu gün axşam hakimiyyətin tələbinə cavab verməlidir.

Hazırda silahlılarla danışıq aparılır.

Bir qrup silahlı adam iyulun 17-də polis-patrul xidmətinin qərargahını zəbt edib, 9 polis əməkdaşını girov götürüblər.

Atışma zamanı polkun komandir müavini Artur Vanoyan öldürülüb, 4 polis isə yaralanıb.

Silahlılar“Təsis Parlamenti” nin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

***

Ermənistanda polis patrul alayının binasını ələ keçirən qiyamçılarla danışıqlar aparılır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qrupdan təslim olmağı tələb edir.

“Hazırda silahlı qrupla girovları azad etmək və polisə təslim olmaqla bağlı intensiv danışıqlar aparılır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaq. Məlumatlara görə, onlar təslim olub-olmamaqla bağlı çağırışa da həmin vaxt cavab verəcəklər.

***
Ermənistanda polis binasında girovları saxlayan silahlı qrup son tələblərini bu gün saat 19:00-da açıqlayacaqlar.

Bu barədə “Təsisedici parlament” təşkilatının nümayəndəsi Alka Yeniqomşyan deyib.

O, bir gün əvvəl Jirayr Sefilyan və onun tərəfdarları ilə əlaqə saxladığını bildirib: “Bildirdilər ki, bu gün saat 19:00-da öz tələblərini mənim vasitəmlə verəcəklər”.

Qeyd edək ki, “Yeni Ermənistan” hərəkatının bir qrup üzvü iyulun 17-də paytaxt irəvan yaxınlığındakı Erebuni rayonunda yerləşən polis patrul alayının binasını ələ keçiriblər. Onlar yüksək rütbəli polis zabitlərini və digər əməkdaşları da girov götürüblər. Girovlardan bəzilərini azad etsələr də, hazırda əllərində 4 şəxs var.

Silahlı qrup həbsdə olan Jiray Sefilyanın azad olunmasını, həmçinin, Serj Sarkisyanın istefasını tələb edirlər.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir