Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir.

ali-kerimli-tribunaAXCP sədri Əli Kərimli facebook səhifəsində hakimiyyətin Konstitusiya dəyişikliyi cəhdinə münasibət bildirib:

“İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir. Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik. Qabağa düşmək, etirazları təşkil etmək bizdən, iştirak etmək, dəstək vermək hamımızdan! Millətcə toparlanmaq zamanıdır”!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir