Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hakimiyyət satmadığı qazın pulunu da xərcləyib

qaz yatagi25 il müddətində qazdan gələcək milyardlar xarici borcun qaytarılmasına xidmət edəcək. Neftin qiymətinin düşməsi Azərbaycan hakimiyyətinin  səriştəsiz, yarıtmaz, talançı mahiyyətini bir daha ortaya qoydu. Məlum oldu ki, bu illər ərzində hakimiyyət komandası neft pullarını şəxsi büdcəyə transfer etməklə məşğul olub.

Təbii ki, neftin dəyərdən düşməsi ölkəyə valyuta axınını azaltdı, əhalinin yaşayış səviyyəsini daha da pisləşdirdi və xarici borc yükünü sürətlə artırdı. Bütün bunların müqabilində isə hakimiyyət heç bir qabaqlayıcı tədbirlər görmədi və boş vədlərə üstünlük verdi. Indi də təbliğat aparırlar ki, növbəti illərdə Azərbaycana külli miqdarda qaz gəlirləri gələcək. Yəni, 25 il müddətində Azərbaycanın qazdan gələn gəliri 30-50 milyard dollar olacaq.

Indi bu rəqəmləri elə bəh-bəhlə cəmiyyətə sırıyırlar ki, sanki qaz gəlirləri ölkəni böhrandan çıxaracaq, vətəndaşın həyatını dəyişəcək. Əslində isə real mənzərə tamam fərqli nəticədən xəbər verir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir