Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Erməni atəşi nəticəsində Azərbaycanın dinc əhalisinə dəymiş ziyanı gördük”

Cəbhə bölgəsinə səfər təəssüratları çox ağırdır, çünki erməni atəşi nəticəsində Azərbaycanın dinc əhalisinə dəymiş ziyanı gördük. Ziyan təkcə maddi deyil, həm də fizikidir.img1466621
Bunu Trend-ə Moldova İctimai Palatasının prezidenti Aureliya Qriqoriu deyib.
O, qeyd edib ki, bəzi insanlar xəsarətlərlə, kontuziyalarla xəstəxanaya düşüblər: “Əlbəttə ki, bu, çox ağır təsir bağışlayır. İnsanlar rahat yaşaya bilmirlər. Aydındır ki, bütün bunlar əhalini qorxutmaq, insanları doğma yerlərini tərk etməyə məcbur etmək üçün edilir. Lakin əhali çox qətiyyətlidir, heç kim getməyə hazırlaşmır”.
A.Qriqoriu əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən təcavüzkara münasibətdə konkret tədbirlərin görülməsini daha təkidlə tələb etməlidir: “Bu tədbirlər beynəlxalq hüquqla nəzərdə tutulub, lakin onlardan istifadə olunmur. Bu, təcavüzkar ölkənin rəhbərliyinə qarşı boykot, iqtisadi, siyasi təsirlər və blokada ola bilər. Bütün bu üsullar indiyədək istifadə edilməyib. Bu tədbirlər Avropa strukturları və institutları, BMT, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul oluna bilər. Bu günə qədər beynəlxalq ictimaiyyət Ermənistana qarşı tədbirlər görməyib”.
Onun sözlərinə görə, status-kvo Azərbaycana deyil, yalnız Ermənistana sərf edir, çünki status-kvo sülhü təmin etmir: “Azərbaycan məsələni dəqiq qoymalıdır: ya münaqişə dünya ictimaiyyətinin köməkliyi ilə sülh yolu ilə həll edilir, ya da Azərbaycanın özü bu məsələni həll edir və münaqişəni həll etmək yolunu özü seçir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir