“Azadlıq” qəzetinin İstanbul təmsilçisi, Türkiyənin tanınmış yazarlarından olan Cahit Kılıç Azərbaycanda baş verən son hadisələrlə bağlı yerli “Haberx.com” saytında məqalə dərc etdirib. Məqalə “Orta çağı yaşayan Azərbaycan” adlanır. Məqlədə deyilir:
Hiylə, tələ, oyun, yalan, talan, saxtakarlıq, fırıldaqçılıq, dövlət əli ilə mafiyaçılıq, təhdid, şər, ədalətsizlik, qanunsuzluq, cinayət…
Bu qədər əxlaqsızlığın hamsı birə-bir şəkildə bu günki Azərbaycanda mövcuddur və dövlət idarəçiliyini zəbt edən zehniyyət tərəfindən həyata keçirilməkdədir. Azərbaycanda orta əsrlər zehniyyəti xortlayır. Xalqın müxalif hissəsi min bir hiylə və şərlə həbsxanalara doldurulur. Azərbaycanda saxta seçki nəticələri ilə dövlət idarəçiliyini zəbt edənlər konstitusiyanı dəyişdirib prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq və Səudiyyə xanədanlığında olduğu kimi oğul Heydər Əliyevin uşaq yaşlarından prezidenliyə yolunu açmaq üçün bir saxta referendum keçirmək üçün çalışmaqdadır.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbərinin elan edəcəyi nəticələr əlbəttə ki, İlham Əliyevin əmri ilə diktə etdirdiyi nəticə olacaq. Əmin olun ki, referendumun nəticəsi də 90 faizin üzərində olaraq sənədləşdiriləcək. Son günlərdə müxalifət üzərində təzyiqi artıran avtoritar zehniyyətində olanlar yeni həbslər üçün zəmin hazırlamaqda, həbsdə olanlara işgəncə tətbiq etməkdə, bir ovuc müxalif qəzetçinin gözünü qorxutmaq üçün hər cür üsuldan istifadə etməkdədir. Qarşıdakı zamanda xalqı məlumatlandırmaq istəyən hər kəsin qarşısını kəsmək üçün yeni hədəflər və fərqli üsullar işə salınmaqdadır. Tək məqsədləri kütlə üzərindəki təzyiqlərlə hər kəsi qorxutmaq, büdrətmək və susdurmaqdır.
Xalq susacaq ki, bunlar 23 ildir taladıqları Azərbaycan sərvətlərini rahatlıqla yesinlər… Xalq susacaq ki, bunlar demokratiya görüntüsü adı altında zəbt etdikləri dövlət idarəetməsini orta çağ despotizmi formasında davam etdirsinlər… Qarabağ deyilən bir yaraları yoxdur bunların. Ermənistan prezidenti Sarkisyan “Canımı verərəm, Qarabağı vermərəm” deyir, amma Qarabağın gerçək sahibi Azərbaycan olmasına rəğmən, dövlətin başında dayananın səsi belə çıxmır. Onun tək dərdi oturduğu taxtı qorumaq və Səudiyyə xanədanlığı kimi bir despotik xanədanlıq qurmaqdır. Hətta bu orta dövr düşüncəsi ilə dövləti idarə edən zehniyyət Qarabağ və ətraf rayonlardakı cəbhə xəttində iki ölkə orduları arasında çıxan və çıxması ehtimal edilən kiçik çaplı atışmalardan belə çox böyük narahatlıq duyur. Deyir ki, “amandır, mövcud vəziyyət davam etsin və pozulmasın ki, mən prezidentlik müddətini 5 ildən 7 ilə qaldıra bilim. Prezidentlik yaşını aşağı salıb oğlumu özümdən sonra prezident edim. Ki, mövcud dünyanın demokratiyanı şərtləndirdiyi bir vaxtda mənim ölkəm orta çağ şərtlərində yaşasın…