Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon söhbəti zamanı Rusiya Prezidenti Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Vladimir Putin dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı Rusiyanın prinsipial mövqeyini ifadə edib.
Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.