Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İstanbulun ”Atatürk” Beynəlxalq hava limanında partlayış baş verib (Yenilənir)

ABŞ-ın kosmik araşdırmalar təşkilatı NASA Türkiyədə baş tutacaq konfransa gəlişini 27 iyun tarixində ləğv edibmiş.get_img

Təşkilat səbəb kimi ABŞ-ın vətəndaşlarına Türkiyənin təhlükəli olması barədə xəbərdarlığı əsas götürülüb. Türkiyənin Hürriyyət qəzeti bu xəbəri 27 iyun tarixində “NASA terrordan ötrü Türkiyəyə gəlmir” başlığı ilə verib.

Türkiyə müxalifəti isə hökumətə etiraz olaraq bildirir ki, xarici ölkələr öz vətəndaşlarına xəbərdarlıq etməsinə baxmayaraq, Türkiyənin içində yerli hökumət öz vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyib.

***

ABŞ dövləti terror baş verən günü, 28 İyun tarixində vətəndaşlarına Türkiyəyə səfər etmələrinin təhlükəli olduğunu bildiribmiş.

Dövlət Departamenti vətəndaşlarını xəbərdarlıq edərək bildirib ki, Türkiyə terror qruplaşmalarının hədəfi olduğundan xalqa açıq yerlərdə, idman yarışlarında, ictimai yerlərdə ABŞ vətəndaşlarının diqqətli olmasını və zəruri olmadıqca Türkiyəyə səfər etməmələri tövsiyə olunur. (Anadolu xəbər agentliyi)

***

İstanbul valisi mətbuata açıqlamasında 28 nəfərin öldüyünü, 60-a yaxın yaralının olduğunu bildirib.

O, həmçinin baş verən terror aktının 3 nəfər canlı bomba tərəfindən törədildiyini bildirib.

***

 

Hadisə xarici xətlər terminalının giriş bölümündə baş verib. Nazir ən azı 10 ölü 60 yaralının olduğunu bildirib.

Türkiyə mediasının yaydığı məlumatlara görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.

Hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.

Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.

Hadisənin terror aktı olduğu bildirilir.

CNN türk kanalına danışan hadisənin şahidi bildirib ki, xarici xətlər terminalının dayanacağında maşınına minərkən partlayış səsləri eşidib. Şahid 50-yə yaxın silah səsi eşitdiyini, ardınca ikinci bombanın daha partladığını və çox sayda təcili yardım maşınının hadisə yerinə gəldiyini danışıb. O, hadisənin avtomobil dayanacağında gerçəkləşdiyini iddia edib.

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir