Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Azərbaycan coğrafi baxmından Avropada yerləşsə də, Avropa dəyərlərindən çox uzaqdır”.

“Kənardan Azərbaycan həqiqətləri daha aydın görünür. Avtoritar hakimiyyət ölkədə ictimai-siyasi vəziyyəti yaxşılaşdırmaq əvəzinə, aqressiv davranışı ilə dövləti üçruma aparır. Ölkədə bütün sahələrdə uğursuzluqlar var, hakimiyyət insanların gündəlik təlbatının ödənilməsini belə təmin edə bilmir”. Bu sözləri mühacirətdə yaşayan, Müsavat partiyasının üzvü Şəhriyyar Şəmsəddinov “Media-fakt.info”-ya deyib.

O, mühacir həyatının ağırlığından söz açsa da, Azərbaycanın hər gün bir addım da uçuruma yaxınlaşdığını diqqətə çatdırı: “Mühaciərtdə ən düşündürcü sual və narahat edici məqam VƏTƏN həsrətidir. Qürbət eldə yaşamağın kifayət qədər çətinliyi var. Doğmalardan uzaq düşmək, böyüdüyün, xatirələrin dolaşdığı məkanlara həsrət qalmaq həqiqətən çox acıdır. Lakin bir mühacir kimi deyə bilərəm ki, mənim üçün daha dəhşətlisi ölkəmdə baş verən haqsızlıqlardır. Azərbaycanda baş verən ən kiçik olay belə vətən həsrətini unutdurur. Xalqın taleyinə biganə qalmaq olmur. Azərbaycan coğrafi ərazi baxmından Avropada yerləşsə də, Avropa dəyərlərindən çox uzaqdır. Siyasi məhbuslarının sayına görə dünyanın “lider ölkəsidir”. Artıq qadınların da qul bazarı yaranıb. Bu, çox dəhşətli xəbərdi. Ölkədə korrupsiya və rüşvətxorluq pik həddinə çatıb. İnsanlar ancaq qorxu altında yaşayır və hakimiyyət qorxunu idarəetmə mexanizminə çevirib. Təhsilimizin səviyyəsi günü gündən aşağı düşür, səhiyyəmiz risk mənbəyidir. Gənclərin işsizlik problemi, ogurluğun və narkomaniyanın artması tendesiyasi mövcuddur. Biz ölkədə yüzlərlə belə neqativ nümunələr göstər bilərik”.

Ş.Şəmsəddinov hakimiyyətin yanlış təqdimatına da işarə etdi: Hakimiyyət iddia edir ki, hər şey əladır. Bəzi insanlar xarici qüvvələrin əlaltısına çevrilib ölkəni gözdən salmaq istəyir və sair. Nəzarətində olan əksər mediya vasitələri ilə hər şeyin yaxsı olması görüntüsünü yaradır. Hətta adi vətəndaşlarda bilir ki, bu belə deyil. Xalq hakimiyyətin yalan təqdimatından bezib. Hər rayonda bir park düzəldib Heydər Əliyevin hekyəlini də ortasına qoymaqla əhalinin vəziyyəti, dolanışığı düzəlmir. İnsanlara “gözəl parklardan” qabağ gündəlik təlabatını ödəyəcək dolanışıq yerləri lazimdir. Dünaya iqtsiadiyyatının inkişaf etdiyi bir vaxtda, Azərabycanda iqtsiadiyyatın dağıdılması prosesi gedir. Kiçik və orta sahibkarların hansı şəraitdə və hansı şərtlər altında işləməsi hamiya bəllidir. Siyasi proseslərdə iştirak edən adamlara yerli icra orqanları və hüquq mühafizə orqanları təzyiq edir. Azad söz, müstəqil mətbuat yoxdur. Hakimiyyətin yarıtmaz siyasətini tənqid edən istənilən şəxs saxta ittihamlarla həbs olunur. Heç kimin can güvənliyi qalmayıb. Vətəndaşın əmlakı toxunulmaz deyilsə, can güvənliyi yoxdursa, o zaman ən yumuşaq dillə desək dövlət dayaqları laxlayıb. Bu hal məhz hakimiyyətin gunahıdır. Hakimiyyət qohumbazlığı və rüşvətxorluğu ilə dövlətin gələcəyini sual altına salıb”.

Müsahibimiz hesab edir ki, bu cur idarəçilik uzun müddət davam edə bilməz: “Hakimiyyət bütün mənalarda prosesi uduzur, hər gün nüfuzunu itirir. İnsanlar başa düşür ki, dövlət vətəndaş üçün çalışmalı olduğu halda, dövləti məmurlar şəxsi qazanc mənbəyi üçün mexanizmə çeviriblər. Beynəlxalq aləmədə Azərbaycan demokratiyanın boğuldugu və azad fikirin məhdulaşdırıldığı bir ölkədir. Hakimiyyət ərəb ölkələrində baş verən sosial narazılıqlardan ibrət götürməldir. Qərblə, xüsuslulə ABŞ və Avropa ilə ehtiyyatlı davranmaldır. Rusiyya ilə “müttəfiqqlik” süni bir şeydir. Bir sözlə ölkəmiz bütün tərəflərdən təhlükəli durumdadır. Sosial və iqtisadi vəziyyətin ağırlığı, bundan yaranan narazlıq, böyük dövlətlərlə sağlam siyasi əlaqələrin movcud olmaması Azərbaycanın gələcyini sual altına qoyur”.

A.Abdullayev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir