Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

YAP icra katibinin müavini: Luka Volontenin Azərbaycana məhəbbəti var

Siyavuş Novruzov”Bunun üçün mütləq rüşvət almalıdır?!”

“Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsini hansı əsasla yazırlar? Kimsə Azərbaycanın marağını müdafiə edirsə, ölkəmizin xeyrinə söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, K.Volontenin Azərbaycana məhəbbəti olduğundan ölkəni müdafiə edib: “Onun ölkəmizlə əlaqələri də ola bilər. Bu şəxs Azərbaycanı sevir və müdafiə edir. Bunun üçün mütləq rüşvət almalıdır?! Bu, hansı məntiqə sığır?! Bütün bu iddialar yalandır”.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycanın daxilində də yalan məlumat yayanlar var: “Bəzi mətbu orqanlar iddia edirdi ki, ukraynalı deputatlar İlqar Məmmədovun azadlığa çıxmasını tələb edirlər. Bu, tamamilə yanlış informasiyadır. Onlar İlqar Məmmədovu tanımırlar. Azərbaycandan qrant oğurluğuna, vergidən yayındığına görə qaçan bir qrup adam lövhələr hazırlayıblar. Avropa İttifaqının binası qarşısından keçən deputatlara da deyirlər, şəkil çəkdirin, deputat da bilmir ki, şəkildəki kimdir. Sonra da deyirlər, filan ölkənin deputatları İlqar Məmmədovu müdafiə etdilər. Bunlar bu qədər saxta və iyrənc əməllərlə məşğuldurlar. Bu işdə onlara Əli Kərimli və Milli Şura kimi dərnəklər də dəstək verirlər”.

İtaliyanın “İl Fatto” qəzetində dərc edilən yazıda iddia edilir ki, İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alıb. Bu məsələdə Azərbaycandan olan deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovun adı çəkilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir