Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əfqan Muxtarlı “Jurnalistika mükafatı” alıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu (EAP CSF), həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını EAP CSF-nin “Pavel Sheremet Jurnalistika Mükafatı – 2017”-nin qalibi elan etdi.

Forum İcra Komitəsi qeyd edir ki, Ə.Muxtarlı 2017-ci ildə Şərq Tərəfdaşlığı bölgəsində ifadə azadlığı sahəsində cəsarətli fəaliyyət nümayiş etdirib.

Məlumatda vurğulanır ki, Ə.Muxtarlı ifadə azadlığı sahəsində, fəal insanların məruz qaldığı basqıların ictimailəşdirilmsində cəsarətli fəaliyyət göstərib və hazırda bunun bədəlini ödəməkdədir.

“Pavel Sheremet Jurnalistika Mükafatı – 2017”-nin təqdimat mərasimi oktyabrın 26-da Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək. Həmin tarixdə Tallində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu İllik Assambleyası keçiriləcək.

Jurnalist Əfqan Muxtarlı bildirib ki, mayın 29-da Tbilisidə oğurlanaraq Azərbaycana gətirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhəddi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Əfqan Muxtarlı ittihamları rədd edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir