Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai İnsan haqları Müsahibə Siyasət Xəbərlər

19 yanvar mitinqindən sonra saxlanılan gəncə işgəncə verildi….

Seymur Mustafayev Binəqədi polisində döyüldüyünü bildirir.

Mehman Hüseynova qarşı həbsxanada davam edən təzyiqlərə qarşı ictimaiyyətdə kəskin etiraz artdıqca, cəmiyyətin siyasi-ictimai qüvvələri də özünü daha aktiv göstərməkdədir. Xüsusilə 19 yanvar 2019-cu ildə təşkil edilən mitinq onu göstərdi ki, siyasi qüvvələr də hansısa ortaq nöqtə taparaq hakimiyyətə qarşı mövqe qoya bildilər. Həm də bu onunla əlamətdar oldu ki, mitinqdən bir neçə gün sonra İlham Əliyevin müdaxiləsilə Mehman Hüseynovun işi yüngülləşdirildi. Lakin, hamıya məlumdur ki, Mehman Hüseynovun azad edilməsi heç də o demək deyil ki, ölkədə insan hüquqları məsələsi həllini tapacaq. Çünki, hökumət təkcə son 19 yanvar mitinqindən sonra onlarla siyasi fəalı saxladı, onları təhdit etdi, yüzlərlə gənc polis bölmələrində işgəncə və təhqirə məruz qalmışdır. Bunlar hökumətin iç üzünü bitr daha göstərdi.

Seymur Mustafayev -admin Yenifakt.

Mitinqdən bir aya yaxın vaxt keçməsinə baxmayaraq orada baş verənlərlə bağlı araşdırmalarımızı davam etdiririk. Bir neçə mitinqdə iştirak edən siyasi aktiv Seymur Mustafayev də bizimlə söhbətində polis İdarələrində dəfələrlə təhqir edildiyini və qeyri-insani rəftara məruz qaldığını söylədi.

S.Mustafayev bunları söylədi:“19 yanvarda „Məhsul“ stadionunda keçirilən mitinqdə iştirak etdim. Orada ölkədə baş verən haqsızlıqlardan danışılırdı. Mitinqdən sonra mən polis əməkdaşları tərəfindən saxlanıldım. Məni İdarəyə dəvət ediən əmkdaşlar özlərini təqdim etmədilər və məni niyə polisə apardıqlarını da demədilər. Mən hiss etdim ki, getməsəm mənə qarşı fiziki zorakılıq tətbiq edəcəklər. Yasamal rayon polis İdarəsində bir neçə saat saxlanıldım və məndən izahat tələb edən əməkdaşlar tərəfindən tənqir edildim və döyüldüm. Məndən tələb edilirdi ki, mitinqlərə bir daha qatılmayacağıma söz verim. Dedilər ki, əks təqdirdə narkotika satışı ittihamıyla həbs olunacaqsan. Çox ciddi fiziki xəsarətlər aldım və baş nayihəmdə olan ağrılar hələ də davam edir. Eyni zamanda bədənimdə qançırlar və əzilmə izləri vardı. İndi onlar sağalsa da, başım bəzən ağrıyır və o anları xatırladıqca psixoloji sarsıntı keçirirəm. Çünki, bu dəfə çox ağır fiziki təzyiq və psixoloji təzyiq gördüm“.

            -Seymur bəy, yəni belə çıxır ki, sən əvvəllər də mitinqlərdə olmusan və eyni aqibəti yaşamısan?“ – Bəli mən bir xeyli mitinqlərdə iştirak etmişəm. İlk dəfə 17 senyabr 2016-cı ildə keçirilən mitinqdən sonra Post Patrul Xidməti tərəfindən saxlanılaraq Binəqədi rayon polis Bölməsinə aparılmışam və orada döyülərək işgəncə və təzyiqlərə məruz qalmışam. Yalnız axşam evə buraxılmışam və məndən tələb edilib ki, mitinqlərə qatılmayım. 8 aprel 2017-ci ildə isə yenidən mitinqdə iştirak etdiyimə görə məcburi şəkildə polis bölməsinə aparılıb döyülüb təhqir edilmişəm. Bundan sonra məhkəmə tərəfindən 10 gün inzibati həbsə məhkum edilmişəm. Guya mən ictimai asayiş qaydalarını pozub, polisin qanunu tələblərinə tabe olmamışam.  

19.01.2019, Mitinq. VOA

            Sonda Seymur bəydən soruşduq ki, hal-hazırda özünü necə hiss edir və həbs riski varmı? Seymur bəy bu sualımıza belə cavab verdi: „Əslində Azərbaycanda ədalətli məhkəmə olmadığından məni istənilən an həbs edə bilərlər. Çünki, polis bölmələrində də mənə bildirmişdilər ki, sən həbs ediləcəksən və ailəndən bir nəfərlə görüşmək üçün illərlə gözləyəcəksən. Özünə problem yaratma. Lakin, məsələ yalnız həbslə bitmir, mənim həyatıma təhlükə olduğunu da düşünürəm. Ağır işgəncə və təhqirlər nəticəsində həm mənəvi sarsıntı ala bilərəm, həm də fiziki xəsarət. Onsuz da psixoloji olaraq özümü çox da rahat hiss etmirəm. Mehman Hüseynova qarşı qurulmuş oyunlar hamıya qarşı təşkil oluna bilər“.

Ağa Əliyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir