Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Əfqan Muxtarlının ürəyində problem var, amma dərman verilmir” – Vəkil

Həbsdə olan jurnalist Əfqan Muxtarlı avqustun ilk günlərində həkim müayinəsindən keçirilib.

Vəkil Nemət Kərimlinin “Basta”ya verdiyi məlumata görə, həkim jurnalistə bildirib ki, onun ürəyində problem var. Bu səbəbdən məhbusun nəbzi normadan xeyli yüksəkdir.

“Əfqan Muxtarlıya yazılan resept, onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Amma 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir”, – Nemət Kərimli deyib.

Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.(Bastainfo.com)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir