Bloger Maqsud Mahmudov Bakıya gətirilib
Beynəlxalq axtarşda olan Maqsud Mahmudov həbs olunmuşdur. Bu barədə Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin 2021-ci il sentyabrın 18-də yaydığı birgə məlumatda deyilir.
Məlumata görə, Mahmudov 2020-ci il yanvar ayının 10-dan Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) axtarışa verilmişdir.
Məlumatda deyilir ki, Mahmudov 2021-ci il sentyabrın 18-də Ukrayna ərazisində saxlanılaraq Azərbaycana gətirilib və istinataqa təhvil verilmişdir.
Mahmudov Azərbaycan hakimiyyətini və ictimai şəxslər kimi tanınan vətandaşları sərt söyüşlə təhqir və tənqid edən bloger kimi tanınır. Bakıda hökumət əleyhinə aksiyaların iştirakçısı olub.
Turan.az