MTN işi ilə bağlı xeyli cavabsız suallar qalmaqdadır. MTN-in sahibkarlara divan tutmasıyla yanaşı, tanınmış şəxslərə qarşı ifadələr almağa çalışması, yüksək post tutan məmurlardan pul alması faktlarının da ortaya çıxması maraq doğurur.
Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayev (Mustafaoğlu) məhkəməsində deyib ki, MTN-də onu iki gün ərzində tamamilə qapalı şəraitdə saxlayıb, zülm eləyiblər. Onların etdiklərini burada deməyi özümə sığışdırmıram. “Məni məcbur edirdilər ki, dövlətimizin Milli Qəhrəmanı Rövşən Əkbərov və ləyaqətli Şeyx həzrətlərinə qarşı ləyaqətsiz şeylər yazım”, deyə E.Mustafayev vurğulayıb.
Bundan başqa keçmiş siyasi məhbus Pərviz Həşimli də etiraf edir ki, ondan Əli Nağıyevə qarşı ifadə alınmasına çalışılıb.
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dönəmdə bu qurumun ayrı-ayrı imkanlı adamlardan şantaj, hədə-qorxu yolu iləÿkülli miqdarda pul tələb etməsi faktları açılmaqdadır.
E.Mahmudovun şantaj yolu ilə pulunu aldığı daha bir şəxs Vəkillər Kollegiyasının sədri Azər Tağıyevdir. Belə ki, kollegiya sədrinin yaxın çevrəsinəÿdaxil olan şəxslərdən birinin şəxsi həyatına aid video görüntülər çəkən MTN-nin Anti -Terror Mərkəzininÿəməkdaşları sonradan onu şantaj edərək, 700 min manat pulunu alıb. Məlumatda o da bildirilirki, Azər Tağıyev pulun bir hissəsini kollegiyanın hesabından çıxarıb.
MTN-in şantaj yolu ilə pul aldığı məmurlar siyhısında hətta Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədov və nəqliyyat Naziri Ziya Məmmədovun adının olduğunu bildirilir.
MTN-in bu cür geniş şaxəli əməliyyat aparmasının səbəbi nədir? Burada hansı məqsəd güdülüb?
Ekspert Əyyub Kərimov vurğulayıb ki, bu cür addımlarda, məmurlara, nüfuzlu şəxslərə qarşı ifadə alınmasında məqsəd təsadüfi deyil. Hətta mətbuatda belə bir fikir getdi ki, Çovdarov tez-tez bəyan edirmiş ki, mənim nazirim baş nazir olacaq: “Belə görünür ki, MTN-in məqsədi təkcə pul yığmaq yox, həm də gələcəkdə hakimiyyəti ələ keçirmək idi. Yığılan şantaj xarakterli materiallar bunu deməyə əsas verir. Rövşən Əkbərov korpus komandiridir. Ona qarşı nəsə məlumatın olması gələcəkdə onun dəstəyini almağa imkan verə bilərdi. Və ya şeyxə qarşı da məlumatın əldə olunması hakimiyyət dəyişikliyi olacağı təqdirdə onun mövqeyinin necə olacağını müəyyənləşdirməyə hesablanıb. Yəni hissə-hissə müdafiə Nazirliyindən, Dini Qurumlardan özlərinə tərəfdar yığmağa çalışırdılar. Sabah tam arxayınçılıqla hakimiyyət çevrilişinə gedə bilərdilər. Eldar Mahmudovun tutduğu postdan azad edilməsiylə bağlı addım atılmasaydı, bir neçə gün, bəlkə də saat ləngimə olsaydı, dövlət başçısını ölkəyə qayıtmağa imkan verməyə bilərdilər”.
Ə.Kərimov onu da vurğuladı ki, Səhiyyə Nazirliyinin müəyyən qurumu MTN ilə işləyirdi və MTN-in medallarını almışdı. Deməli səhiyyənin bir hissəsi ələ keçirilmişdi. Bundan başqa Rabitə və Təhsil Nazirliyi də MTN-in nəzarətində idi. “MTN nazirliklərə qarşı material toplayanda, bu nazirliklər MTN-ə töyci verəndə, sabah Eldar Mahmudov nə deyəcəkdisə, o olacaqdı. Burada dövlət marağı güdülmürdü. Əgər burada dövlət marağı güdülürldüsə, nəyə görə Rövşən Əkbərovun, Əli Nağıyevin əleyhinə ifadə almağa çalışırdılar. Deməli bu qurum pul yığmaqla yanaşı real dövlət çevrilişinə hazırlaşırdı”, deyə Ə.Kərimov vurğuladı(azadlıq.info).