Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, sənədə əsasən, Xidmət rəisinin müavinlərinin sayı birdən ikiyə artırılıb.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yenifakt.info
Müstəqil xəbərlər portalı