Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Avropa Məhkəməsi Azərbaycana qarşı daha 2 iş üzrə kommunikasiya başlayıb

Bu barədə vəkil Fariz Namazlı özünün feyzbuk səhifəsində məlumat verib.

1. QHT-lərin əsassız olaraq Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması ilə bağlıdır. Bu şəxslər: Elçin Məmməd (Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi), Günel və Rəşad Bəşirli (Kəndli Qadınların İnkişaf Mərkəzi), Mustafa Axundov və Sevinc Məcidova (Sosial Təşəbbüslər və İnsan Hüquqları), Şükür İzzət və Ali Bəşirli (Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi), Qubad Bayramov və Rajab İmanov (İctimai Təşəbbüslər Mərkəzi), Lalandar Novruzova (Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək), Səbuhi Bayramov və Rəşad Qurbanlı (Mədəniyyətlərin Təbliği və Sosial Təşəbbüslər), Fəqan Asadov və Yaşar Ağazadə ( Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiə Komitəsi), Aynurə İmranova və Asya Əhmədova (Demokratiyanın və Medianın İnkişafına Dəstək) işləridir. Avropa Məhkəməsi Konvensiyanın 11-ci maddəsinin (birləşmək azadlığı) və 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) , sonuncu işdən başqa digər işlərdə həm də Konvensiyanın 34-cü maddəsinin pozuntusunun baş verib vermədiyini müəyyən edəcək. Ona görə 34-cü maddənin pozuntusu araşdırılır ki, həmin işlər İntiqam Əliyev tərəfindən aparılıb və o həbs edildikdən sonra sənədlər onun evindən və ofisindən prokurorluq işçiləri tərəfindən götürülmüşdür.
2. Vüqar Rzayev və daha 5 nəfərə 2014-cü il 12 avqustda Şəkidə cərimə və inzibati həbs cəzası təyin edilib. Bu gəncılər Rəsul Cəfərovun 2014-cü il 2 avqustda həbs olunmasına etiraz olaraq toplaşmışdır. Konvensiyanın 10 (ifadə azadlığı), 11 (sərbəst toplaşmaq azadlığı), bəzilərində 6.1 və 6.3 (özünün seçdiyi müdafiəçinin köməyindən istifadə etmək hüququ) maddələrinin pozuntusunun baş verib vermədiyi araşdırılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir