Türkiyənin Ərzurum şəhərində keçirilən Avropa Gənclər Olimpiya festivalında rekord hesab qeydə alınıb.
Trend məlumat verir ki, festival çərçivəsində keçirilən hokkey yarışlarında Rusiyanın gənclərdən ibarət milli komandası Türkiyəli həmyaşıdlarını 42-0 hesabı ilə məğlub edib.
Rusiyalı hokkeyçilər birinci hissədə rəqib qapısından 15, ikinci hissədə 12, üçüncü hissədə isə 15 şayba keçirib.