PSJ-nin Neymarı transfer etməyə yaxın olduğu barədə xəbər vermişdik. Məlumata görə, Paris klubu braziliyalı ulduza görə “Barselona”ya 222 milyon avro transfer, onun özünə 100 milyon avro imza təklif edib. Təklifi qəbul edəcəyi halda ildə 30 milyon avro qazanacaq “sambaçı”nın komanda yoldaşlarına PSJ-yə getmək istədiyi də deyilir.
Fanat.Az xəbər verir ki, PSJ-nin Neymara təklif etdiyi müqavilənin bəzi detalları bəlli olub. İddiaya görə, Paris klubu futbolçuya rədd edilməsi mümkün olmayacaq vədlər verib.
Bildirilir ki, PSJ rəhbərliyi ona Braziliyaya rahat gedib-gəlmək üçün şəxsi təyyarə ayıracaq. Həmçinin futbolçuya rəhbərliyin sahib olduğu otellərdən birinin müəyyən qədər səhmləri veriləcək və maaşından əlavə pul qazanmış olacaq.