Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Rövnəq Abdullayevin oğlu: Sənədlərini polisin üstünə atdı 

AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Türkiyədə qalmaqala səbəb olub.

rovneq-abdull

Rəşad Abdullayev dünən axşam Türkiyədə – Otaköydə yol polisləri tərəfindən saxlanılıb. İçkili vəziyyətdə olan AFFA prezidentinin oğlu polisə müqavimət göstərib, onun əmrlərinə tabe olmaqdan boyun qaçırıb.

Rəşad Abdullayev polislərdən dərhal onu buraxmalarını tələb edib. Polisin “yox” cavabından özündən çıxan Abdullayev, cüzdanından Kaliforniya, Qətər və Azərbaycan sənədlərini (sürücülük vəsiqəsi) çıxarıb polisə tərəf ataraq “hansını istəyirsən götür, sənin olsun” deyib. Amma bütün bunlar AFFA prezidentinin oğlunun 2 min türk lirəsi cərimələnməsinə və Kaliforniya sənədlərinə iki illik qadağa qoyulmasına mane olmayıb.

Yol polislərini xeyli məşğul edən kiçik Abdullayev cangüdənlərini də orda buraxıb, dostlarının gətirdiyi avtomobilə əyləşərək, ordan uzaqlaşıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir