Bu gün səhər Naxçıvan MR Ədliyyə nazirliyinin Kəngərli rayonu ərasizində yerləşən Qarışıq tipli həbsxanasında AXCP Naxçıvan şöbəsinin sədri həbsdə olan siyasi məhbus Zeynal bağırzadə ilə görüşüb. Bu barədə Yaşar Bağırsoy öz feysbuk səhifəsində məlumat verib. “Həbsxanada AXCP Babək rayon şöbəmizin fəalı siyasi məhbus Bağırzadə ilə görüşdük və genis söhbət etdik.57 yaşlı AXCP fəalı özünü yaxşı hiss edir və həbsxanada ona son vaxtlar təzyiqlərin olmadığını bildirdi. Zeynal Bağırzadə həbsxanada ictimai-siyasi prosesləri izləməkdədir.O, həmçinin bütün dostlara və ölkəmizdə demokratik dəyərlər uğrunda mübarizə aparan hər kəsə salamlarını çatdırmağımı istədi. Bütün siyasi sifarişlə həbs olunan və günahsız insanlarımızın azadlığa çıxmasını istəyirik”,- deyə məhbusun qardaşı bildirib.(azadlıq.info)
Yenifakt.info
Müstəqil xəbərlər portalı