Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm Hadisə İctimai Siyasət Xəbərlər

Əli Kərimli: “Bu cinayət işi tamamən quramadır”

Bu gün, sentyabrın 15-də Bakı Ağır Cinayətlər məhkəməsində  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesində sənədlərin tətqiqi başlayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iclasdan sonra jurnalistlərə deyib  ki, Niyaməddin Əhmədov həbs olunduğu zaman ağır işgəncələrə məruz qalıb.

“ Məhkəmədə məlum oldu ki, nəyinki istintaq zamanı, hətta Pentensiar Xidmətdə saxlanıldığı zaman ona həm fiziki, həm də mənəvi işgəncə verilib. Ona deyiblər ki, atan ürək xəstəsidir, əgər bilsə ki sən 14 il azadlıqdan məhrum ediləcəksən səncə  o yaşayar, ya yox? Ondan mənə qarşı ifadələr verilməsi tələb olunub. O yalan ifadə verməyib və buna görə 17 aydır ortada heç bir şey olmadığı halda içəridədi. O yeganə məhbusdur ki, 17 adyır ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir”- deyə, partiya sədri qeyd edib.

Niyaməddinə Əhmədova  qarşı bu cinayət işi tamamən quramadır, daha sonra Kərimli bildirib.

Niyaməddin Əhmədov ötən ilin aprel ayında karantin qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin 214. 1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini siyasi hesab edir.

Növbətə məhkəmə prosesi sentyabrın 17-nə təyin edilib.

Contact.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir