“Qarabağa sement daşıyan” İran sürücüləri saxlanıb
Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücü barəsində “qanunlara uyğun müvafiq tədbirlər görüləcək”. Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) bildirib.
Ermənistan mediası ötən gün bildirib ki, Azərbaycan polisi Xankəndi/Stepanakert və Yerevana sement daşıyan iki iranlı sürücünü saxlayıb.
DİN-in sözçüsü Ehsan Zahidov deyib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.
“Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb”, cənab Zahidov yerli mediaya bildirib.
bbc.com