Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Bərdədə zərərli vərdişlər əleyhinə sessiya keçirildi

Bərdə rayonunda narkomaniyanın genişlənməsiylə bağlı narahatçılıq iştirakçıların suallarından hiss olunur.

dsc_0050
Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi İctimai Birliyi 23 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Zərərli vərdişlərdən gənclərin qorunması üçün maarifləndirmə vacibdir” layihəsi çərçivəsində Bərdə rayonunda növbəti maarifləndirmə tədbirini keçirib.
Maarifləndirmə tədbiri Bərdə rayonu Elektron Kitabxanada keçirilib. Tədbirdə Bərdə rayonu təhsil işçiləri, mədəniyyət şöbəsinin əməkdaşları, o cümlədən digər qrupdan olan gənclər gənclər iştirak etmişlər. Mərkəzi Kitabxanada keçirilən tədbirdə Bərdə ronu İcra Hakimiyyətinin işçisi Fəxrəddin Hüseynov iştirak etmiş topklantını açaraq təşkilatçıları təqdim edib. Layihə rəhbəri Akif Hüseynov adəti üzrə layihəni dəstəklədiklərinə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşklatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürün bildirərək layihənin aktuallığını qeyd etdi. A.Hüseynov son dövrlər narkomaniya, siqaret və alkoqolizmin genişlənməsindən təssüfünü bildirdi və zərərli vərdişlərin fəsadlarını bilməsinin vacibliyini qeyd etdi. Ümumi zərərli vərdişlərin mahiyyətindən danışan A.Hüseynov tədbirin məruzəçisi R.Təmrazova söz verdi.
R.Təmrazov zərərli vərdişlərin təsnifatını verərək istər siqaretin, istər spirtli içkinin insanın tibbi sağlamlığına və psixologiyasına təsirini qeyd edərək bildirdi ki, problem əsasən bu vərdişlərə yiyələnən insanların asılı olması ilə və gələcəkdə yarana biləcək xəstəliklərlə bağlıdır. Eyni zamanda məruzəçi bildirdi ki, zərərli vərdişlərin qarşısını inzibati yollarla almaq mümkün deyil. Daha sonra R.Təmrazov xüsusi olaraq narkotik vasitələrdən istifadə və onun fəsadlarında danışdı. Qeyd olundu ki, beynəlxalq narkosindikatlar Azərbaycanın coğrafi mövqeyindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd edirlər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir.
Məruzəçi xüsusi olaraq narkotik vasitələri qəbul edən şəxslərin HİV (QİÇS), vərəm, hepatit və s. xəstəliklərə yoluxma riskinin yüksək olmasını bildirərk qeyed etdi ki, Azərbaycanda HİV-ə yoluxmuş şəxslərin 70%-i məhz narkotik istifadəçiləridir.

 

Qarşılıqlı diskussiya şəklində keçən tədbirdə iştirakçılar narkotika qəbul edilən zaman yarana biləcək vəziyyətlə bağlı suallar verdilər. Bu isə praktiki olaraq rayonda problemin genişlənməsi kimi qəbul edilə bilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir