Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Ukraynada qətlə yetirilmiş azərbaycanlı tələbənin nəşi Zaqatalaya gətirilib – FOTO

825308bb-b5c0-4c9d-8bf7-8fb0e989a56e_292Ukraynada bıçaqlanaraq qətlə yetirilən azərbaycanlı tələbənin nəşi vətənə gətirilib.

“Report”un Şimal-Qərb bürosu xəbər verir ki, Krımın Simferopol şəhərində təhsil alan Məhəmməd Amil oğlu Səfərəliyevin nəşi bu gün səhər saatlarında yaxınlarının iştirakı ilə doğulduğu Zaqatalanın Yuxarı Tala kəndinə aparılıb.

Tələbənin qohumlarının əməkdaşımıza verdiyi məlumata görə, bir-neçə gün öncə Məhəmməd Səfərəliyevin qardaşı, dayısı və digər qohumu nəşi gətirmək üçün Krıma yollanıblar və oradan xüsusi avtomobil sifariş veriblər. İki gün öncə səhər isə oradan Azərbaycana yola düşüblər.

22 yaşlı Məhəmməd Səfərəliyev bu gün Zaqatalanın Yuxarı Tala kənd qəbristanlığında dəfn olunacaq.

10429f52-2de5-4bdb-a6b2-b38a4b6193d0

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir