Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Müsavat başqanının müavini polisə çağırıldı

Bu gün Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov polisə çağırılıb. 

Yadigar Sadıqov “Basta” əməkdaşı ilə söhbətində bildirib ki, onu əsasən “Facebook”dakı statuslarına görə polisə çağırıblar.

Yadigar Sadıqöv deyir ki, polis bölməsində söhbət zamanı “Stalinin ölümü” filminin Azərbaycanda qadağan olunmasının nökərlik olması barədə yazdığı status və digər statuslar ətrafında müzakirə gedib.

“Neftin qiyməti 70 dolları keçdikdən sonra Lənkəranda Heydər Əliyevin heykəlini yenidən təmir etməyə başlayıblar.” statusum barədə də, danışıldı. Belə yazılar yazmamağım tövsüyyə olundu. Mən də dedim ki, mənim üçün ifadə azadlığı hüququ çox vacibdir, mən buna görə işimi itirmişəm, həbsə düşmüşəm, bundan sonra da bu hüququmdan vaz keçmək fikrim yoxdur.” – Yadigar Sadıqlı bildirib.

“Yarım saat ərzində çox mədəni söhbət etdik, mən də öz fikrimdə qaldığımı bildirdim.” – Yadigar Sadıqov əlavə edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir