Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət İnsan haqları Siyasət Xəbərlər

Q.Muxtarov: “Mənim kimi adamları cəzalandıraraq qorxudurlar ki, başqalarına dərs olsun. Bu İ.Əliyev rejiminin əsas idarəetmə metodudur”

Ümid Partiyasının üzvü və siyasi təzyiqlərə məruz qaldığını deyən Qəhrəman Muxtarov həyatına təhlükə olduğunu bildirdi.

-Qəhrəman müəllim, Siz siyasi təzyiqlərə məruz qalmağınızı bildirirsiniz, lakin daha çox işlədiyiniz mətbəədə problemlə rastlaşırsınız? –  Demək olar ki, mən artıq bir ildən çoxdur ki, normal öz peşəkar fəaliyyətimlə məşğul ola bilmirəm. Qeyd edim ki, mən adi bir nəşriyyatda çap işlərinə məşğul bir şəxsəm. Bütün problemlərim 2015-ci ldə müxalifətin təşkil etdiyi mitinqlərə bizim mətbəədə şüarların hazırlanmasından sonra başladı. Çünki, həmin mitinqlər ciddi effekt verdi və bu mitinqlərdə siyasi hakimiyyətə adekvat olaraq şüarlar deyildi. Bununla bağlı dəfələrlə vergi əməkdaşları adıyla mətbəəyə gəlirdilər və mənimlə təhditedici şəkildə söhbətlər aparırdılar. Bu söhbətlər zamanı mənim ictimai və siyasi fəsaliyyətimlə çox ciddi maraqlanırdılar. Mən də həmişə demişəm ki, 2010-cu ildən “Ümid” partiyasının üzvüyəm və bunun mənim peşəkar fəaliyyətimə heç bir aidiyyatı yoxdur. Eyni zamanda bizim şüarlar hazırladığımız mitinqlərdə bizim partiya təşkilat olaraq iştirak etməmişdir. Daha sonra isə məni polis işçiləri, o cümlədən bizim ərazimizdə olan sahə müvəkkili şöbəyə dəvət etdilər. Daha sonra mənim saxlanmağım və işgəncə verilməyim təbii olaraq deməyə əsas verir ki, mənə qarşı göstərilən təzyiq siyasi təzyiqdir.

– Polis bölməsində Sizinlə nə mövzuda söhbət etdilər? – Bu ilin may ayında polislər evə gəldilər və ailə üzvlərimin yanından məni polis idarəsinə apardılar. Mən onlarla şöbəyə gedərkən artıq mənimlə təhqiredici şəkildə danışmağa başladılar. Polis idarəsindən mən iki gündən sonra azad edildim və iki gün ağır işgəncə aldım. Ağır təhqirlərə və insan ləyaqətini alçldan ifadələrə məruz qaldım. Təqribən bir həftə işə getmədim. Həm də psixoloji travma almışdım. Buna görə də ictimaiyyətə həmişə müraciət etmişəm ki, mənim haqqımda məlumatlı oldsunlar. Bundan sonra artıq öz həyatımı təhlükədə hiss edirəm. İ.Əliyevin rəhbəri olduğu siyasi rejim ölkədə bütün ifadə azadlığını sıradan çıxartmışlar və mənim kimi adamları da cəzalandırararaq qorxudurlar ki, gələcəkdə başqaları bunların əleyhinə söz deməsin. Mən peşəkar fəaliyyətimə görə siyasi təzyiqlərə məruz qalsam da deməliyəm ki, Azərbaycanın siyasi hakimiyyəti polis gücü vasitəsilə insanları qorxu altında saxlayır. Bu idarəetmə Prezident Adminstrasiyasından, ölkə başçısı İlham Əliyevin göstərişilə Ramiz Mehdiyevin rəhbərliyilə həyata keçirilir. Bu durumda artıq Azərbaycanda insanların həyatının təhlükədə olması reallıqdır. Narazı adamlar etiraz bildirdiyi halda mənim kimi, bəlkə də daha ağır formada cəzalanacaqlar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir