“Avropa Məhkəməsinin elə qərarları var ki, icra eləmək çətindir…”
“Avropa Məhkməsi çıxardğı qərarlarda məsələni birbaşa qoyaraq qərarların icrasnı tələb edir. Bu isə ölkələrin məhkəmə sisteminə müdaxiləsi deməkdir”. Bu fikirləri Gununsesi.info-ya millət vəkili, İnsan hüquqları üzrə Birgə İşçi Komissiyanın üzvü Çingiz Qənizadə deyib. Onun sölərinə görə, Avropa Məhkəməsi tövsiyyə xarakterli qərarlarla çıxış etməlidr: “Azərbaycan da Avropa Məhkəməsinin çıxardığı qərarları üzərinə götürdüyü öhdəliyə uyğun olaraq icra etməlidir. Düzdür, Avropa Məhkəməsinin bir neçə icra qərarları var ki, onların hayata keçirilməsində problemlər var. Xüsusən də Bak Şəhər İcra Hakimiyyəti ilə bağlı elə qərarlar var ki, onların icrasında problemlər var və bundan xəbərdarıq. Ancaq buna baxmayaraq Avropa Məhkəməsinin qəbul etdiyi qərarların əksəriyyəti Azərbaycan tərəfindən icra olunub. Bəzən də icra olunmayan qərarların qəbul olunmamasnın obyektiv və subyektiv səbəbləri var. Misal üçün Avropa Məhkəməsinin 9 mərtəbəli binanın sökülərək yerinin vətəndaşa qaytarılması ilə bağlı qərarı var. Belə qərarlar ciddi məsələdir. Bu qərarı icra edərkən digər vətəndaşlarn hüquqları kobud surətdə pozulur. Belə bir qərarın icra olunması, konsesusun əldə olunmasına və kompromiss variantın tapılması üçün zamana ehtiyac var.” Bununla belə millət vəkili bildirdi ki, bir neçə işi çıxmaq şərti ilə Azərbaycan Avropa Məhkəməsi tərəfindən qəbul olunan qərarların böyük əksəriyyətini icra edib. Bəzi siyasi məhbusların azad olunması, xüsusən də İlqar Məmmədov və sabiq Səhiyyə naziri Əli insanovun azadlığa çıxması barədə Avropa Məhkəməsinin qərarlarına gəldikdə millət vəkili deyib ki, bəzi məsələlər var ki, onlar hələ də müzakirə predmetidir. “Azərbaycan prezidenti İlham Əliyev mübahisəli məhbusların azad olunması ilə bağlı bir sıra ciddi addımlar atıb. Onların bir qismi əfv sərəncamı ilə azad olunub, bir qisminin cəzası məhkəmələr vasitəsi ilə azaldılıb, müəyyən adamlar Ali Məhkəmənin qərarı ilə azadlığa çıxıblar”, – millət vəkili qeyd edib. İlqar Məmmədovun yaxn gələcəkdə əfv olunması məsələsinə gəldikdə Ç.Qənizadə deyib ki, bu birbaşa prezidentin səlahiyyətinə aid olan məsələdir: ”Sadəcə onu deyə bilərəm ki, indiyədək xeyli sayda mübahisəli məhbuslar əfv olunub. Növbəti əfv fərmanlarında İlqar Məmmədov da azadlığa buraxıla bilər.”