ABŞ prezidenti Barak Obama Florida ştatının Orlando şəhərindəki “Pulse” gecə klubunda baş vermiş qanlı hadisəni terror aktı adlandırıb.
Hadisə ilə bağlı Ağ Evin açıqladığı bəyanatda deyilir ki, əks-terror və daxili təhlükəsizlik müşavirləri Orlandodakı olayla bağlı prezident Barak Obamanı məlumatlandırıb. “Bizim dualarımız hadisə qurbanlarının ailə üzvləri və sevdikləri ilə birgədir” – deyə bəyanatda bildirilir.