“Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.”
İlham Əliyev
Hasilat sənayesində şəffaflığın təmin edilməsi neft-qaz yataqları ilə zəngin olan ölkələr üçün olduqca vacibdir. Dünyanın təbii sərvətlərlə zəngin ölkələrinin təcrübəsinə əsasən deyə bilərik ki, bu sərvətlərdən səmərəsiz istifadə insanları yoxsulluğa sürükləyir. Tədqiqatlar göstərir ki, zəngin mineral resurslara malik ölkələr arasında yalnız Norveç, ABŞ və Kanada bu resurslardan əldə edilən gəlirlərin istifadəsində effektivlik nümayiş etdirə bilib. Bu, həmin ölkələrin oturuşmuş keyfiyyətli institutlara malik olmaları ilə bağlıdır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt kimi ölkələr neft ehtiyatlarının adambaşına düşən həcminin son dərəcə yüksək olması hesabına büdcədən asılı dövlətə çevrilərək idxalçı və istehlakçı dövlətə çevriliblər. Bu ölkələrdə iqtisadiyyat neft sektorundan asılı vəziyyətə düşüb. Əksər ölkələr, o cümlədən Azərbaycan “resursların lənəti” sindromu ilə üzləşməmək üçün mədən hasilatından əldə olunan gəlirlər üzərində şəffaflığı təmin etməyə çalışır.
Mədən sənayeisndən əldə olunan gəlirlərdə şəffaflıq ictimaiyyətin məlumatlılığının, proseslərə ictimai nəzarətin təmin edilməsindən asılıdır: Azərbaycan da bu sahədə şəffaflığın təmin edilməsində maraqlıdır. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulan ilk ölkələrdən biridir. Ölkəmiz 2005-ci ildə MHŞT sahəsində ilk hesabatını açıqlayıb. 2013-cü ildə isə MHŞT sahəsində yeni standart qəbul edildi. 2015-ci ildə statusu aşağı salınsa da, yeni standartın tələbinə uyğun hazırlanan MHŞT hesabatını ictimaiyyətə açıqlayan ilk ölkə də Azərbaycan olub. 2017-ci ildə Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunandan sonra, hökumət ölkənin MHŞT-ni tərk etdiyini bəyan etdi. Amma Azərbaycan MHŞT prinsiplərinə sadiq qalacağını elan etdi. Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli fərmanı əsasında Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Bu gün Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqini beynəlxalq prinsiplər əsasında davam etdirir.
Prinsiplər
Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanına əsasən ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi aşağıda göstərilmiş beynəlxalq prinsiplər əsasında davam etdirilir:
- Təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir;
- Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir;
- Dövlət orqanlarının fəaliyyətində, özəl sektorda və ictimai münasibətlərdə şəffаflıq və hеsаbаtlılıq stаndаrtlаrı təşviq edilməlidir;
- Dövlət hasilat sənayesindən əldə olunan gəlirlərin idаrə olunması ilə bağlı vətəndаşlаr qаrşısındа hеsаbаt verməlidir;
- Şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır;
- Hasilat sənаyesində fəaliyyət göstərən dövlət və özəl şirkətlər tərəfindən şəffаflığın, o cümlədən dövlətin maliyyə idarəetməsinin və hesabatlılığın gücləndirilməsi təmin olunmalıdır;
- Ölkənin maliyyə şəffaflıq standartları hasilat sənаyеsində fəaliyyət göstərən bütün şirkətlərə şamil edilməlidir;
- Bu sahədə şəffaflığın tətbiqində dövlət orqanları, hasilat sənаyеsində fəaliyyət göstərən şirkətlər, beynəlxalq təşkilаtlаr, mаliyyə qurumları, investorlar və qеyri-hökumət təşkilаtlаrı da dахil оlmаqlа, bütün mаrаqlı tərəflərin iştirakı təmin edilməlidir.
Sözügedən Fərmanın 2-ci bəndinə əsasən Azərbaycanın hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya (bundan sonra – Komissiya) yaradılmışdır. Komissiya öz fəaliyyətini illik Fəaliyyət Planı əsasında həyata keçirir. Komissiya Hasilat Sənayesində Şəffaflıq üzrə ümumiləşdirilmiş hesabatların (bundan sonra – HSŞ hesabatı) müfəssəlliyinin və gəlirlər üzrə ictimai məlumatlılığın artırılması məqsədilə HSŞ-nin icra edilməsinin genişləndirilməsini təşviq edir və ictimai həyatda, dövlət əməliyyatlarında və biznes sahəsində yüksək şəffaflıq və hesabatlılıq standartlarının həyata keçirilməsini həvəsləndirir. Fərmana əsasən Komissiyanın cari fəaliyyəti1. İCMAL 3 Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının tam mətni ilə http://www.president.az/articles/23288 keçidində tanış ola bilərsiniz. Hasilat Sənayesində Şəffaflıq üzrə Ümumiləşdirilmiş Hesabatın təşkili məqsədilə Komissiyanın Katibliyi funksiyasını Azərbaycan Respublikasının Dövlət Neft Fondu həyata keçirir.
Hasilat gəlirlərinin şəffaflığının təmin olunması, şirkətlərin dövlətə ödənişlərinin və dövlətin müvafiq gəlirlərinin açıqlanaraq üzləşdirilməsi üsulu ilə həyata keçirilir. Bu üsul 3 əsas elementdən ibarətdir:
Şəffaflıq: Neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlər dövlətə ödənişləri, dövlət isə qeyd edilən şirkətlərdən daxilolmaları və hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatları açıqlamalıdır. Açıqlanan rəqəmlər audit şirkəti tərəfindən üzləşdirilir və hasilat sənayesi ilə bağlı digər məlumatlarla birlikdə illik HSŞ hesabatlarında dərc olunur.
Hesabatlılıq: Komissiya ölkənin hasilat sənayesində hesabatlılığın artırılmasını təmin edir və HSŞ hesabatının məlumatlarının yayılmasını, əhalinin hasilat gəlirləri barədə maarifləndirilməsini və təbliğatını həyata keçirir, eləcə də HSŞ-nin ölkədə həyata keçirilən daha geniş şəffaflıq səylərinə inteqrasiya edilməsini təşviq edir.
Etibarlılıq: Etibarlılığın təmin edilməsi həm hesabatın keyfiyyətli hazırlanmasına, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin HSŞ prosesində iştirakına əsaslanır. Bu iştirakı təmin etmək məqsədilə HSŞ Komissiyası Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2017-ci il tarixili 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında tapşırıldığı kimi hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq edir.
Komissiya müvafiq elanla prosesdə maraqlı olan vətəndaş cəmiyyəti təmsilçilərini prosesdə iştirak etməyə dəvət etmiş və 42 nəfər vətəndaş cəmiyyəti təmsilçisi öz marağını ifadə edərək müvafiq qeydiyyatdan keçmiş və illik HSŞ Hesabatının hazırlanmasında iştirak etmişdir. İndiyədək görülmüş işlər və hesabatlarla daha ətraflı www.eiti.az internet səhifəsində tanış olmaq mümkündür.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 nömrəli “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” Fərmanına uyğun olaraq, Dövlət Neft Şirkəti (və ya Səlahiyyətli Hökumət Orqanı) və sərmayəçilər arasında imzalanmış neft/qaz yataqlarında kəşfiyyat və qazma işlərinin aparılmasına, habelə hasilat bölgüsünə dair sazişlərin həyata keçirilməsi, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft/qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dair digər sazişlərin həyata keçirilməsindən əldə olunan vəsaitlərin səmərəli idarə edilməsini təmin etmək məqsədilə yaradılmışdır.
2016-cı il üzrə HSŞ hesabatının tərtib olunması məqsədilə maraqlı tərəflərin iştrakı ilə HSŞ Komissiyası tərəfindən keçirilmiş “Müstəqil Auditor xidmətinin alınmasına dair Kotirovka Sorğusuna” əsasən Moore Stephens Azərbaycan şirkəti qalib elan edilmişdir. Müstəqil Auditorun gördüyü işlər Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və dövlətin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 2016-cı ili əhatə edən hesabatların beynəlxalq mühasibat uçotu standartlarına uyğun üzləşdirilməsi və təhlili, Azərbaycanın hasilat sənayesi üzrə ümumi məlumatların toplanması və strukturlaşdırılmasından ibarətdir. 1.3.Məlumatların məxfiliyi Müstəqil Auditor 22 iyun 2017–cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondu (“ARDNF”) ilə imzalanmış 08-22 nömrəli müqaviləyə əsasən məxfilik haqqında müddəaya uyğun olaraq işlərin icrasını həyata keçirir. Müstəqil Auditor imzalanmış müqaviləyə əsasən gördüyü işlərin məxfiliyinin qorunmasını təmin etməli və üzləşdirmə prosesi zamanı əldə olunan təsdiqedici sənədləri tərəflərin icazəsi olmadan, heç bir üçüncü tərəfə verməməli və onunla müzakirə etməməlidir.
Moore Stephens Azərbaycan şirkəti tərəfindən HSŞ hesabatının hazırlanması aşağıdakı mərhələlərdən ibarət olmuşdur: Məlumatların toplanması: Bu mərhələdə Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən şirkətlər və müvafiq dövlət qurumları Komissiya tərəfindən təsdiq olunmuş formalara uyğun hesabatlar təqdim edirlər. Hasilat sənayesində idarəetmə tədbirləri və vergi siyasəti, ilkin araşdırmanın nəticələri, əvvəlki illər üzrə hasilat sənayesində şəffaflıq üzrə hesabatların nəticələri və tövsiyələri daxil olmaqla müvafiq məlumatlar nəzərdən keçirilir. Ümumi məlumatlar açıq mənbələrdən istifadə edilərək toplanılır.
İlkin üzləşdirmə, fərqlərin araşdırılması və ümumi məlumatların toplanması: Bu mərhələdə Müstəqil Auditorun məqsədi təqdim olunan hesabatların üzləşdirilərək fərqlərin aşkar olunması və yaranan fərqlərin araşdırılaraq lazımi düzəlişlərin edilməsidir. Üzləşdirmə prosesi zamanı yaranan fərqlərin izahını əldə etmək məqsədilə Müstəqil Auditor müvafiq şirkət və dövlət qurumları ilə əlaqə saxlayıb bu uyğunsuzluqların səbəbini müəyyənləşdirmək üçün təsdiqedici sənədlər tələb edir. Hasilat Sənayesində Şəffaflıq üzrə ÜmumiləŞdirilmiŞ Hesabat 2016 19 Eyni zamanda ümumi məlumatların mühüm hissəsinin toplanması və strukturlaşdırılması təşkil olunur. Həmin ümumi məlumatlar dövlət orqanları və şirkətlərin rəsmi internet səhifələrinə, açıq mənbələrə və rəsmi məktublara istinad edilərək hesabata daxil edilir.
Layihə HSŞ hesabatının tərtib edilməsi: Bu mərhələdə aşağıda qeyd olunan bütün məlumatlar hesabatda əks olunur: Müstəqil Auditorun hesabatı; Üzləşdirmə üsulunun təsviri; Üzləşdirmə və xüsusi yoxlama prosedurları;
Ümumi məlumatların açıqlanması. Yekun HSŞ hesabatının təqdim edilməsi: Bu mərhələdə HSŞ hesabatı bütün maraqlı tərəflərə təqdim edilir, Komissiya tərəfindən hesabata dair verilmiş göstərişlər yerinə yetirilir, gələcəkdə HSŞ hesabatlarının keyfiyyətinin artırılması məqsədilə növbəti hesabatlılıqlar üçün tövsiyələr, HSŞ hesabatı ilə birlikdə dərc edilə bilən və hesabatda əks olunmuş bütün cədvəllərin daxil olduğu elektron məlumat faylları hazırlanır və HSŞ Komissiyasının Katibliyinə (“Katiblik”) təqdim edilir. Müstəqil Auditor hesabatlılıq dövrünün sonunda əldə edilmiş nəticələrə həsr olunmuş ictimai məlumatlandırma tədbirlərində iştirak edir.
Nərgiz Cavadzadə
Tədqiqat “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb