Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Burda hamı turisti aldatmağa çalışır” – Bəxtiyar Hacıyev Domnikandan yazır

Bu günlərdə Dominikanda yay tətilində olan azərbaycanlı bloqqer Bəxtiyar Hacıyev dincəlmkdə olduğu ölkədəki müvafiq durum barədə təəssüratlarını sosial şəbəkədə paylaşıb. Musavat.com B.Hacıyevin statusunu təqdim edir:

“Dominikan Respublikasını bir cümlə ilə təsvir etməyimi istəsələr, belə edərdim: “Kim gəldi, harada gəldi, kimə gəldi, haradan gəldi, necə gəldi, niyə gəldi…”

Paytaxt Santo Domingoda ictimai nəqliyyat bərbad, ətraf çirkab, zibil içində, dövlət qurumları normal işləmir, hamı gələn turistləri aldatmağa çalışır, hətta polis də, rəsmi şəxslər də, vəkillər də, hətta turistləri qorumaq üçün qurulmuş və turizm nazirliyinə tabe olan qurum da. Ortabab əhalisi olan bir şəhərdə polis şöbəsinə 1 saatda 20-dən çox turist oğurluq faktı ilə şikayətə gəlmişdi. Bir saatda o qədər cinayətkar gətirdilər ki, heç bizdə ən aktiv mitinqdə o qədər müxalifətçi gətirmirlər polis şöbəsinə.

Şəhərlərarası avtobuslarda yol bir neçə saat olsa da, camaat bir-birinin belinə çıxana qədər adam doldururlar. 2-3 saat adamlar ayaq üstə bir şəhərdən digərinə gedir. Mağazalarda məhsulun (məsələn, suyun) üstünə qiymət yazılır, çıxarıb ödəniş edirsən, o qiymətdən 5 dəfə artığını çıxmağa çalışırlar. Yolda gedirsən, 3 taksi sürücüsü, 2 turist bələdçisi, 2 qadın, 2 polis qolundan yapışır, hərəsi bir xidmət təklif edir, hamısı da üstlərinə qışqırmayana qədər əl çəkmirlər.

Amma ölkənin çox gözəl sahilləri var. Bura gəlib, bu problemləri görməmək istəyənlər ancaq turistik məkanlara, turizm şirkətləri vasitəsi ilə gəlməlidirlər. Əks halda, kim gəldi, harada gəldi, necə gəldi, aldatmağa çalışacaq. Ölkədə sanki 4-5 Qəbələ qurublar, qalan hər yer 20 yanvar dairəsinin 20 il əvvəlki halının 20 dəfə daha qarışıq versiyasıdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir