Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı – Oliqarxlar təcili satışa başladılar

Xəbər verdiyimiz kimi, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında sürüşmə halları meydana gəlib. 
Unikal.org-un xəbərinə görə, baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.
Belə ki, ərazidə yerləşən super təmirli, hündür mərtəbəli villaların qiyməti 150 min manatdan 3.5 milyon manatadək dəyişir. Badamdarda yerləşən villa və obyektlərin əksəriyəti oliqarxlara məxsus olmasına baxmayaraq, mülklər vasitəçilər (maklerlər) tərəfindən satışa çıxarılıb. Əksəriyyətinin qiyməti 10 milyonlarla ölçülən bu mülklər dəyər-dəyməzə satılır.
Hətta bəzi elanlarda real alıcı olacağı təqdirdə endirim də ediləcək.
Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.
Göründüyü kimi, ərazidə sürüşmə hallarının baş verməsi, bu zonada yerləşən mülklərin də satışına böyük təsir göstərib. Bəzi oliqarxlar isə ərazidə yerləşən obyektlərini dəyər-dəyməzə satıb, canlarını dövlətin qara siyahısına düşməsindən qurtarmağa çalışırlar. Səbəbi də məlumdur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı Unikal.org-a bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınacaq:  “Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi kifayət qədər bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşdiyi üçün kifayət qədər bahalı ərazidir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər də ucuzlaşması qeydə alına bilər. Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa hazırda 1.7 milyon manata satılırsa, bu məbləğ bir neçə il bundan əvvəl 2.5 hətta 3 milyon manata qədər idi. Çünki bu ərazilərdə tikilən villar da kifayət qədər bahalı materiallardan hazırlanıb. İndiki satış isə bəzən sözügedən materialların dəyərini heç ödəmir”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir