Türkiyə hərbi qüvvələri keçən gecə artilleriya hücumlarına cavab olaraq kürdlərin Suriyanın şimalındakı mövqelərini dağıdıb. Ordunun bəyanatında döyüşlərin Afrin bölgəsində getdiyi deyilir.
Kürd Xalq Müdafiə Birləşmələri-YPG Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokrat Ordusunun əsas qollarındandır. Qrup İslam Dövləti qrupunun de-fakto paytaxtı olan Raqqanı militantlardan azad etmək uğrunda mübarizə aparır.
Lakin Türkiyə kürd döyüşçülərinin 1980-ci illərdə Türkiyənin cənub-şərqində üsyan edən və fəaliyyətinə qadağa qoyulan PKK ilə əlaqəsi olduğunu iddia edir.
Birləşmiş Ştatların YPG-yə dəstəyin bir hissəsi olaraq qrupu silahla təmin edir. Türkiyə həmin silahların PKK-nın əlinə keçməsindən ehtiyat edir.