«The Financial Times» “İlin adamını açıqlayıb. Bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdır.
Qəzet hesab edir ki, Tramp öz qələbəsiylə ABŞ siyasətinin qaydalarını yenidən yazmış oldu.
«Həm respublikaçılar, həm də demokratlar arasında bir çox məlumatlı mənbə Trampın seçilməsinin qeyri-mümkün olduğunu deyirdi. Ən nikbin proqnozlarda belə, Trampın qələbə qazanmaq ehtimalı aşağı idi. Lakin sonradan «Trampın triumf gecəsi» baş tutdu. Bu gecəni bir çoxları, hətta siyasətlə az maraqlananlar belə, unutmayacaq», deyə «The Financial Times» bildirir.
Qeyd edək ki, bir neçə gün əvvəl nüfuzlu «Time» jurnalı da Trampı ilin adamı seçmişdi.
Yenifakt.info
Müstəqil xəbərlər portalı