Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Tillerson: “KXDR-in ABŞ-a zərbə endirməsi zaman məsələsidir”

“Gələcəkdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a zərbələr endirmək imkanı yaranacaq. Buna görə də, Vaşinqton bu məsələyə biganə qala bilməz.”
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
O, KXDR probleminə dair BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Şimali Koreya tərəfindən Seula və Tokioya nüvə zərbələrinın endiriləcəyinə dair təhlükə mövcuddur: “ABŞ-a zərbələr endirmək imkanı yaranan kimi, Şimali Koreya bunu edə bilər. Bu zaman məsələsidir. Bunu nəzərə alaraq, ABŞ biganə qala bilməz.”

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir