Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Fransa seçkiləri: Namizədlərin xarici siyasətə baxış bucağındakı fərqlər

Fransada keçirilən prezdent seçkilərində ikinci tura adlamış mərkəzçi Emmanuel Makron və digər prezidentliyə namizəd ifrat sağçı Marin Le Pen beynəlxalq əlaqələrə münasibətdə fərqli fikirdədirlər.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, hər iki namizədin xarici və müdafiə siyasətinin tamamilə bir-birindən fərqləndiyi görülməkdə və bunun heç də ənənəvi bir siyasi savaş olmadığını göstərir. Bu savaş milliyətçilik və beynəlmiləlçilik arasında bir qırılma nöqtəsidir.

Marin Le Pen millətçidir və o, siyasi seçimlərinə bu baxış bucağından yanaşmaqdadır.

Le Pen Fransanın suverenliyini gücləndirmək, digər ölkələr və institutlarla olan əlaqələrindəki qarışıqlığı aradan qaldırmaq istəyir. Onun Milli Cəbhə Partiyasının şüarı “Hər şeydən öncə Fransa” əslində Le Penin prezident seçilərsə, hansı istiqamətdə xarici siyasət yürüdəcəyinin xəbərçisidir. O, partiyası ilə birlikdə qlobal qüvvələrə qarşı savaş aparan çempion kimi özünü təqdim edir.

Emmanuel Makron isə əksinə, xarici siyasətə münasibətdə “status-kvo” və davamlılıq tərəfdarıdır və qatı Avropa İttifaqını və beynəlmiləlçiliyi müdafiə edir.

Hər iki namizədin böyük dövlətlərə münasibətini aşağıdakı kimi açıqlayıb:

Rusİya

Makron: Rusya ilə yaxınlaşmağa qarşıdır və Rusyaya qarşı Ukrayna krizi ilə əlaqədar tətbiq edilən sanksiyaların geri çəkməyin tərəfdarı deyil. O, Rusyanın xarici siyasətini “təhlükəli” hesab edir və bildirir ki, Rusya beynəlxalq hüququ pozmaqdan çəkinmir.

Le Pen: Vladimir Putinlə bu yaxınlarda görüşüb və Rusyanın Krimı 2014-cü ildə ilhaq etməsində heç bir qeyri-qanuni bir şey görmür. İslam dövlətinə qarşı mübarizədə Moskva ilə strateji əlaqələr qurmağın tərəfdarıdır. Fransa mediası Le Penin partiyasının bank hesablarına Rusya tərəfindən külli miqdarda ianələrin köçürüldüyünü aşkar edib. Marin Le Pen bunun Rusyaya qarşı mövqeyinə təsirini inkar edib və əlavə edib ki, Fransa bankları Milli Cəbhə Partiyasını kredit vermədiyi üçün o, xarici fondlara müraciət etməyə məcbur olub.

Suriya

Makron: Prezident Bəşər Əsəd beynəlxalq tribunada törətdiyi cinayətlərə görə cavab verməlidir.

Le Pen: Aprel ayında kimyəvi silahın tətbiqinə münasibətdə partiyanın mətbuat katibi bildirib ki, kimyəvi silahı Bəşərinmi, yoxsa başqasınınmı törətdiyi məlum deyil. Bildirilir ki, “İslam dövləti”nə qarşı tək mübarizə aparan Əsəddir.

Avropa İttifaqı

Makron: Avropa İttifaqını daha da irəli aparmaq niyyətindədir, avrozonanın büdcəsinin və özünün maliyyə nazirinin olmasının gərəkli olduğunu vurğulayır. O, Avropa əleyhdarlarına qarşı kampanyanı genişləndirmək və Avropada islahatlar aparılmasının tərəfdarıdır.

Le Pen: Fransanın avrodan çıxmağını və ümumiyyətlə, Avropa İttifaqından çıxmaq üçün referendum keçirəcəyini açıqlayıb. O, avronu “ölü” adlandırıb və Fransanın “frank” pul vahidinə keçməsinin vacib olduğunu deyir. Bununla belə, o deyib ki, Avropa İttifaqı ilə danışıqlar müəyyən vaxt tələb edir.
Afrikaya yardım

Makron: Fransanın xarici yardım büdcəsini artırmaq niyyətindədir; Fransanın Afrikadakı hərbi bazalarını yenidən nəzərdən keçirmək və Afrika xalqlarının müdafiə məsələsində öz ayaqları üstündə durmaları üçün yardım etməyin tərəfdarıdır.

Le Pen: Le Pen də xarici yardım büdcəsini artırmaq istəyir, lakin bunu təhlükəsizlik prizmasından yanaşmaqdadır. Le Pen terrorizm və immiqrant məsələlərində sərt qaydaların tətbiq olunacağını deyir.

NATO:

Makron: ÜDM-dan gələn gəlirin NATO-ya ayrılan 2%-i 2025-ci ilədək artırmaq istəyir. Makrona görə, NATO Fransanın dayağıdır, lakin o, həm də Avropanın özünün müdafiə istiqamətinin olmasının gərəkli olduğunu deyir.

Le Pen: NATO-nun yaranma səbəbini Sovet təhlükəsinə olduğunu xatırladaraq qeyd edir ki, artıq SSRİ olmadığına görə NATO-ya da gərək yoxdur. O, prezident seçilərsə Fransanın NATO-dan da çıxaracağını deyir. Le Pen Fransanın müdafiə xərclərini 2018-ci ilə kimi 2% artıracağını, prezidentliyinin ilk 5 ilində isə 3% artıracağını deyir.

Le Penin xarici siyasəti atasının xarici siyasətə baxış bucağı ilə demək olar ki, eynidir. Le Penin atası, Jan-Mari Le Pen, hazırda sədri olduğu Milli Cəbhə Partiyasının qurucusudur. Jan-Mari Le Pen Aİ, NATO və ABŞ-a düşmən münasibət bəsləyirdi. O, qatı Əsəd tərəfdarı və İraqda Səddam Hüseynin tərəfdarı olub.

Xarici siyasət heç vaxt Fransada prezident seçkilərinə təsiredici faktor olmayıb, seçiləcək prezidentin Fransanın növbəti illərdəki xarici siyasətinin müəyyənləşdirilməsində dominant rolunu oynayacaq.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir