Kiyevdə NATO baş katibi Yens Stoltenbergin iştirakı ilə Ukrayna ilə alyans arasında xüsusi tərəfdaşlıq xartiyasının imzalanmasının 20 illiyi münasibətilə Ukrayna-NATO komissiyasının yebiley iclası keçirilib.
Dünən isə Ukraynaya ABŞ dövlət katibi Reks Tillerson və BMT baş katibi Antoniu Quterriş səfər edib.
NATO ilə Ukrayna arasında tərəfdaşlıq qarşılıqlı faydalıdır və bundan sonra da inkişaf edəcək. Bunu NATO baş katibi Stoltenberg bəyan edib.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, onun silahlı qüvvələrini dəstəkləyirik. NATO Rusiyanın Krımı işğal etməsini qəbul etmir və heç vaxt etməyəcək. Alyans gələcəkdə də müdafiə, idarəçilik cə iqtisadi siyasət məsələlərində Ukrayna ilə sıx əməkdaşlıq edəcək”, – deyə NATO baş katibi bildirib.