Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

​İsrail ordusu daha bir fələstinlini öldürdü

Qəzzada baş verən kütləvi etirazlar zamanı daha bir fələstinli İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Media-fakt.info xəbər verir ki, Camal Məsləh adlı 22 yaşlı gənc çatdırıldığı xəstəxanada həyatını itirib.
Hətta xəstəxanada daha 4 yaralı fələstinlinin olduğu deyilir.
Məlumata görə, fələstinlilər ibarət 2 min etirazçı İsrail əsgərlərinə yanan təkərlər və daşlar atmağa başlayıb.
Bundan sonra hərbçilər aksiyaların təşkilatçılarını müəyyən edərək onları hədəf alıb.
Xatırladaq ki, 6 dekabr Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra başlayan etiraz aksiyalarında bu günə kimi 13 fələstinli öldürülüb, yüzlərlə fələstinli isə yaralanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir