Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

​Bakıya gələn təyyarə təcili eniş etdi

Rusiyanın paytaxtı Moskvadan Bakıya uçan “Aeroflot” şirkətinə məxsus sərnişin təyyarəsi Volqoqrada təcili eniş etmək məcburiyyətinə qalıb.

Media-fakt.info xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Məcburi enişə səbəb təyyarədə sərnişinlərdən birinin halının qəfildən pisləşməsi olub.
Belə ki, ağciyər xərçəngindən əziyyət çəkən sərnişinin təzyiqi qəfildən yüksəlib.
Bu səbəbdən ekipaj Volqoqrad aeroportuna məcburi eniş etmək barədə qərar qəbul edib.
Həmin sərnişin xəstəxanaya çatdırılıb.
Moskva vaxtı ilə 14:05-də isə təyyarə yenidən Bakıya istiqamətlənib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir