Tailandda vətəndaşlardan biri müxtəlif investorlara qarşı dələduzluq etdiyi üçün məhkəmə tərəfindən 13 min 275 il müddətinə həbs cəzasına məhkum edilib.
Media-fakt.info xəbər verir ki, 34 yaşlı Pudit Kittihradilok ölkənin müxtəlif şəhərlərində seminarlar təşkil edərək insanları daşınmaz əmlak, bahalı avtomobillər, gözəllik məhsulları və s.-yə investisiya qoymağa təşviq edib.
40 mindən çox insanın saxta şirkət hesablarına 160 milyon dollar vəsait yerləşdirdiyi məlum olub.
Avqust ayında yaxalanan Kittihradilok günahını etiraf edib və nəticədə cəzasının 6 min 637 ili silinib.
Bundan sonra onun cəzası 13 min 275 il olaraq müəyyən edilib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı