Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

​SOCAR bu il neft hasilatını 2% azaldıb

Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır.
Media-fakt.info apa-ya istinadən xəbər verir ki, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 2,26% azalma deməkdir. Cari ilin oktyabr ayı ilə müqayisədə isə ötən ay neft hasilatı 2,42% azalıb.
2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının ümumi həcmi 35 mln. 326 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,34% azalmadan xəbər verir.
Yalnız ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 174,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,87% çoxdur. Oktyabr ayı ilə müqayisədə isə noyabrda neft hasilatı 4,7% azalıb.
2016-cı ildə SOCAR üzrə neft hasilatı 7 mln. 521 min ton olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir