Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

AMB hərraca çıxardığı notların 56%-ni sata bilib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının ümumi həcmi 50 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Palata xəbər verir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,868 mln. manat təşkil edib. Sifarişlər 98,8472 (14,9945%)-98,8620 AZN (14,7998%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 98,8472 AZN (14,9945%), ortaölçülmüş qiymət 98,8486 AZN (14,9761%) səviyyəsində müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 27,868 mln. manat məbləğində müəyyən edilib.
Notların ödəmə tarixi mayın 3-dür.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir