Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycanda banklararası kreditlər bahalaşmağa davam edir

Azərbaycanda banklararası kreditlər cari ilin fevral ayında bahalaşmağa davam edib. Martın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 13,37%, xarici valyuta ilə kreditlərdə isə 9,5% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Hesabata əsasən, manatla kreditlər aylıq müqayisədə 2,41 faiz bəndi, xarici valyutada isə 0,49 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,18% təşkil edib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir