Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Boavişta” klubu Kamran Ağayevlə yollarını ayırıb – rəsmi

Portuqaliyanın “Boavişta” klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. Klubun rəsmi “Facebook” səhifəsinin verdiyi məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.
Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. “Boavişta” Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
“A Bola” nəşri yazır ki, azərbaycanlı qapıçı “Benfika” ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.
Qeyd edək ki, Kamran Ağayev “Boavişta”ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir