Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Natiq Cəfərli:Neftdən asılılığın azalması haqqında bəyanatlar əsassızdır

Azərbaycan ixracında neft-qaz sektoru üstünlük təşkil etməkdə davam edir. Bu göstəricidə qeyri-neft sektorunun payı 7%-dir. Bu vəziyyətdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı haqqında danışmağa dəyməz. Bu barədə Turan-a iqtisadçı Natiq Cəfərli Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının xeyli artması və valyuta gəlirlərinin çoxalması haqqında bugünki bəyanatını şərh edərkən bildirib.

“Valyuta ehtiyatlarının artmasına gəlincə, bu, neft bazarında nisbi sabitliklə əlaqədardır. Digər tərəfdən, Neft Fondunun Mərkəzi Banka 7,5 mlrd. manat köçürməsi barədə qərar qəbul olunub. Bu, dövlətin pulları bir cibindən çıxarıb digər cibinə qoyması kimi bir şeydir”.

Cəfərlinin sözlərinə görə, kənd təsərrüfatı sahəsində həqiqətən gəlirlərin artmasında müəyyən irəliləyişlər olub, amma onlar Azərbaycan hökumətinin gördüyü tədbirlər hesabına deyil, Rusiya-Türkiyə münasibətlərindəki problemlər və Türkiyədən RF-yə ərzaq idxalına embarqo qoyulması ilə əlaqədar əldə olunub, deyə ekspert bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir