Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Azadlıq” radiosunun prezidenti Azərbaycanda saytların bloklanmasını tənqid edib

“Azadlıq” radiosunun rəhbərliyi radionun saytının bloklanması barədə qərarın qüvvədə qalması ilə bağlı Ali Məhkəmənin qərarını tənqid edib.

“Hələ 2014-cü ildə Azərbaycan hakimiyyəti qanunu və uyğun prosedurları saya salmadan büromuzu bağlayanda bizim və bütünlükdə müstəqil medianın hədəfə alındığını öyrəndik”, – radionun prezidenti Thomas Kent bildirib. O əlavə edib ki, Ali Məhkəmənin 4 iyun tarixli qərarı əvvəlki siyasətin davamıdır.

2017-ci il mayın 12-də Səbayel Rayon Məhkəməsinin qərarı ilə azadliq.orgazadliq.info, “Meydan” TV, “Turan” TV və www.azerbaycansaati.tv saytlarının bloklanması təsdiq edilib. 2017-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

2014-cü ilin dekabrında Azərbaycan hakimiyyəti “Azadlıq radiosu”nun Bakı Bürosunu bağlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir