Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Yeni nazirin mühacir-kölə müqayisəsi narazılıq yaratdı

ABŞ-ın yeni Məskunlaşma və şəhərsalma üzrə naziri Ben Karson ABŞ-a istəkləri əleyhinə gətirilən kölələri “mühacirlər” adlandırdığı üçün hüquq təşkilatlarının tənqidinə məruz qalıb.
Təyinatı Amerika Senatı tərəfindən keçən həftə təsdiqlənən Karson bu sözləri nazirlikdəki personalla keçirilən görüşdə deyib.
Karson çıxışına beyin cərrahlığı karyerasındakı xatirələri anladaraq başlayıb və uşaqlarına daha yaxşı bir həyat bəxş etmək üçün saatlar ərzində çalışan mühacirləri tərifləyib.
Qaradərili amerikalı Karson çıxışında bunları deyib: “Kölə gəmilərində buraya gələn başqa mühacirlər də vardı, daha az məvaciblə daha çox və uzun saatlar çalışdılar. Ancaq onların da oğullarının, qızlarının, nəvələrinin, nəticələrinin bu torpaqlarda rifah və xoşbəxtlik içində yaşamaq xəyalları vardı.”
Tarixdən məlumdur ki, kölələşdirilmiş afrikalılar ABŞ-a könüllü gəlmirdilər və əsrlər boyunca azadlıqlarına əngəllər yaradılmışdı. Onun sözlərinə “Anna Frank Qarşılıqlı Hörmət” Mərkəzindən Stiven Qoldşteyn “bir söz ancaq bu qədər yaralayıcı ola bilər” deyə reaksiya verib. Twitterdə isə qaradərili aktyor Samuel L. Jacksonun da aralarında olduğu çox sayda istifadəçi Karsona cavab mesajı atıb.
Bir nazirlik sözçüsü isə “nazirin sözlərinin ən pis şəkildə şərhi, heç kim nazirin, könüllü mühacirəti istək əleyhinə xidmətlə bir tutduğunu düşünmür” deyib.
Ben Karson prezidentlik yarışından çəkildikdən sonra Trampa dəstək verəcəyini açıqlamış və yeni Tramp kabinetində nazir olmuşdu.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir