Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Merkel Londonu qısnamamağa çağırıb

Almaniya kansleri Angela Merkel Avropa İttifaqını Britaniyanı qısnamamağa çağırıb.

O Britaniya ilə sərt rəftarla başqa Aİ ölkələrinə görk verməyin düzgün yol olmadığını deyib.

Angela Merkel Londonu "karıxdırmamağa" çağırıb
Angela Merkel Londonu “karıxdırmamağa” çağırıb

Kansler deyib ki, o Britaniyanın Avropa blokundan çıxışını tələsdirməyin tərəfdarı deyil.

Xanım Merkelin bu bəyanatından əvvəl Almaniya da daxil, bir neçə Avropa İttifaqı ölkəsinin xarici işlər nazirləri Britaniyanın ittifaqı dərhal tərk etməsini tələb etmişdilər.

“Mən razıyam ki, bu proses sonsuza qədər uzana bilməz, – deyib Angela Merkel, – lakin mən məsələnin dar vaxt çərçivəsinə salınmasının əleyhinəyəm”.

Kansler deyib ki, Britaniya ilə “obyektiv” və “yaxşı” danışqılar aparılmalıdır.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier danışıqalrın “mümkün qədər tez” başlanmasına çağırmışdı.

Britaniyanın yubanmadan ittifaqdan çıxışa başlamasını tələb edən 6 nazir – 1950-ci illərdən Avropa İttifaqının təməlini qoyan Almaniya, Fransa, İtaliya, Belçika, Lüksemburq və Hollandiyanı təmsil edirlər.

Sözü gedən xarici işlər nazirləri deyiblər ki, Britaniyanın ittifaqdan ayrılma prosesinin uzanmasına və siyasi vakuum və qeyri-müəyyənlik yaranmasına yol verilə bilməz.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir