Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ölkəni rüşvətlə tanıda tanıda gedirlər”

akarimli-yeni5AXCP sədri Əli Kərimli Facebook səhifəsində ölkənin adının növbəti rüşvət qalmaqalında hallanmasına münasibət bildirib:

“Ölkəni “tanıtdıra-tanıtdıra” gedirlər. Panamadakı ofşor hesablarla, Londonda 38 villa almaqla ölkəmizi artıq Böyük Britaniyada necə lazımdır “tanıdıblar”. Manatımızın çapı zamanı milyonlarla dollar “otkat” almaqla ölkəmizi Avstriyada da necə lazımdır “tanıdıblar”. Karlovı Varıdakı otel və sanatoriyaları ofşor hesablar vasitəsilə ələ keçirməklə Çexiyada da ölkəmizi “tanıdıblar”. Kojeninin başına gətirdiklərilə “Wikileaks”, Panama sənədlərində yazlanlarda isə ABŞ ölkəmizi necə lazımdır “tanıyıb”. O dərəcədə tanıyıblar ki, hətta ABŞ konqresmenləri bunların xətasına düşməmək üçün Azərbaycandan nə zamansa aldıqları bütün hədiyyələri qaytarıblar. “Azərcelli” ələ keçirdikləri maxinasiyalarla İsveçdə də ölkəmizi “tanıdıblar”. SOCAR-ın yarım milyard dollarını Çernoqoriyada turizm şirkətinə fiziki şəxs (?) adından yatırmaqla ölkəmizi Balkanlarda da “tanıdıblar”. İndi də İtaliyada ölkəmizi “tanıdırlar”. Gözünüz aydın, bütün İtaliya mətbuatı Azərbaycandan yazır. Yazırlar ki, 2013-cü ildə AŞPA-da siyasi məhbuslarla bağlı hesabatın qarşısını almaq, günahsız insanları daha artıq müddətə həbsdə saxlaya bilmək üçün Azərbaycan hakimiyyəti İtaliya nümayəndə heyətinin başçısı Luka Volonteyə 2,4 milyon avro rüşvət verib. Ətrafınıza yaxşı baxın. Hələ də ətrafınızda hakimiyyətin hər cür korrupsiya layihəsini ölkəmizin dünyada tanıdılması kimi təqdim edən yaltaq və ya sadəlövhlər qalırmı?”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir