Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Oqtay Gülalıyev: “Həbslər diqqəti ağır iqtisadi-siyasi durumdan yayındırmaq cəhdidir”

“İctimai-siyasi fəalların həbsi gərginliyi daha da artıracaq”

Oqtay Gülalıyev: “Həbslər diqqəti ağır iqtisadi-siyasi durumdan yayındırmaq cəhdidir”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev  REAL hərəkatının icra katibi Natiq Cəfərlinin həbsinə münasibət bildirib. Hüquq müdafiəçisi bu cür həbslərin cəmiyyətdəki gərginliyi artırdığını, vəziyyəti bir qədər də mürəkkəbləşdirdiyini bildirib:

“Təbii ki, bu cür həbslər cəmiyyətə yaxşı heç nə vəd etmir. Əksinə, cəmiyyətdə gərginliyin artmasına səbəb olur. Bu baxımdan referendum ərəfəsində ictimai-siyasi fəalların həbs olunması, həbsdə olan siyasi məhbuslara qarşı müəyyən təzyiqlərin tətbiqi, sərbəst toplaşmaq azadlığının məhdudlaşması və s. mənfi tendensiyalardır. Bu, həm də diqqəri qarşıdakı referendumdan, ağır iqtisadi-siyasi vəziyyətdən yayındırmaq cəhdidir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir